Bəslədiyim güllərə göz ucuda baxmaram
İnsafın olsun biraz gör necə barım gəlir
Bağıban ay bağıban bağa nigarım gəlir
Mən necə bağdan çıxım indicə yarım gəlir
Təsiri yoxdur gülüm yarda xumar bülbülün
Qəlbi xumar etməyə qəlbi xumarım gəlir
Bağıban ay bağıban bağa nigarım gəlir
Mən necə bağdan çıxım indicə yarım gəlir
Bağa gəlir bir qonağ sanki yanar bir çıraq
Laləyə bənzər yanaq laləli yarım gəlir