Mən xoş gün görmədim
Bil ki dünyada
Ah nə dərdə düşdüm
Cavanlığda mən
İçimdə ümidlərim vardı mənim gəncliyimdə
Deyəsən qocalmışam,ya ümidlər qocalıb
Görəsən nə axtarır saçda dənim gəncliyimdə
Ruhum çoxdan ölüb,təkcə bədən qalıb
Həyatım talan oldu,hər şey yalan oldu
Nədənsə can dediklərim canımı alan oldu
Dərdimə söyləmirəm başqalarına üzülməsin
Mən içimdə gizliyəm,mən özümdə gizliyəm
Gecələr aşikaram göy üzündə görən bilər
Ancaq ki günəş çıxan vaxtı sözümdə gizliyəm
Mən necə ağlamayım gözlərimdə buludlar var
Mən necə ağlamayım soyuq kəsir yağırsa qar
Əl çəkin istəmirəm sevgi sədaqət deyil ki
Bir dəfə başıma gəldi təkcə xəyanətdən ibarət
Alnımda qismətim yazıb görəsən hansı mələk?
Görəsən nədən yazıb təkcə fəlakətdən ibarət
Atıldı çiyənlərimə yük dedilər daşımalısan
Əvvəlcə öldürdülər dedilər yaşamalısan
Hər gülün rəngini
Salıram yada mən yada
Ağlaya ağlaya
Ağlaya ağlaya
Qaranlığda mən
Sonsuz kainat və mən içində kiçik nöqtə
Bəs niyə dərd verilibdir mənə kainat qədər
Unutmuşam adımı görəsən yaşım neçə?
Yaşayıb ölüm kimi,ölmüşəm həyat qədər
Dedilər zaman gələr kədərlərin keçib gedər
Zamanım keçib getdi,kədərim keçmədi heç
Uzağ et əllərini,silmə gözlərimi
O qədər yaşlar axar göz yaşımda boğularsan
İçimdə dərdimdən zərrə qədər sənə versəm
Hər gecə canın çıxar,yenidən doğularsan
Ki mənim dənizim var hansı ki üzmək qadağan
Suda batmaq qadağan,qumda gəzmək qadağan
Bağışla səni yordum yazdığım bu sətirlərimlə
Bəlkə də xoşbəxt idin sən bu mən bu mahnıdan öncə
İndiysə qulaqlarında səslənir mənim səsim
Bəlkə də ağlayırsan qısılmısan bi küncə
Və bir gün mən ölərəm cənazəmdə əldə çiçək
Mahnımı oxuyarsız ucadan mərsiyə tək